Gündəm

Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Hərbi Prokurorluqda kadr islahatları davam etdirilir.

ENA.az Manset.az-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin müvafiq əmri ilə Naxçıvan Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Bəhruz Şükür oğlu Məmmədov tutduğu vəzifədən azad olunub.

O, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)