Bakıda sənaye üzrə istehsalın 75,4 faizi mədənçıxarmanın payına düşür

2025-ci ilin yanvar-mart aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 12,8 milyard manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, sənaye məhsulunun 75,4 faizi mədənçıxarma, 20,7 faizi emal, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 82 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 6,1 faiz təşkil edib.
Sənaye müəssisələrinin anbarlarında 1 aprelə 499,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 55,3 milyon manat məbləğində digər məhsullar da mövcuddur.