Məleykə Abbaszadə qəbul imtahanlarının suallarının çətin olması iddialarına münasibət bildiri

Bakalavr səviyyəsi üzrə II -III qrup imtahanlarının suallarının çətin olduğunu deyənlər məsələyə düzgün yanaşmır.
Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
“İmtahanın modeli dekabr ayında elan olunub. Model testlər ictimaiyyətə açıqlanıb. Fevralın sonunda həmin model əsasında sınaq imtahanı da keçirdik. Heç bir problem yaranmadı. İndi çətinlik haqda danışanlar məsələyə düzgün yanaşmır. Hələ nəticələr açıqlanmayıb. I-IV ixtisas qrupları üzrə imtahan II-III qrup imtahanları ilə eyni səviyyədə olacaq”, – o bildirib.