Sənaye

SOCAR-a yaxın iki şirkət yaradılıb

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yaxın iki şirkət təsis edilib.

ENA.az xəbər verir ki,  Dövlət Vergi Xidməti tərəfindən “SOCAR Zone I” və “SOCAR BTBK” MMC-lər dövlət qeydiyyatına alınıb.

Hər iki şirkət SOCAR-ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 ünvanında (SOCAR Tower), 1 000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib.

“SOCAR Zone I”ın direktoru Rəşad Bəxtiyev Zahir oğlu, “SOCAR BTBK” MMC-yə isə Fərhad İbadov İbad oğlu direktor təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)