“AFB Bank”da yeni təyinat

“AFB Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoruna müavin təyin edilib.
ENA.az xəbər verir ki, yeni vəzifəyə təyin edilən Eltural Allahverənovdur.
O, 2024-cü ilin noyabr ayından 2025-ci ili may ayına kimi “Kapital Bank”da menecer, 2016-2024-cü illər ərzində isə “Kapital Bank”da monitorinq üzrə mütəxəssis, korporativ kredit analitiki kimi çalışıb.
Eltural Allahverənov 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində “Riyaziyyat və Kompüter Elmləri” üzrə bakalavr dərəcəsi, 2013-2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin idarə edilməsi və menecmenti” üzrə magistr dərəcəsinə yiyələnib.