Hesabatlar

Azərbaycanın BVF-də üzvlük aktivləri 79 milyon manat azalıb

Azərbaycan Mərkəzi Bankının Beynəlxalq Valyuta Fondunda 2024-cü ilin sonuna xüsusi borclanma hüquqları ilə aktivlərinin həcmi 1 milyard 129 milyon 358 min manat təşkil edib.

Bununla bağlı Bankın konsolidə edilmiş hesabatına əsasən, bu məbləğ 2023-cü ildə 1 milyard 208 milyon 132 min manat olub. Beləliklə, 2024-cü ildə üzvlük haqqı 79 milyon manat azalıb. Dollar ifadəsində götürdükdə, 1 milyard 129 milyon 358 min manat təxminən 665 milyon dollar edir. 

Hesabata görə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Hökumətinin beynəlxalq maliyyə təşkilatlarında (misal üçün, BVF, Dünya Bankı) üzvlüyü ilə bağlı əməliyyatlar, o cümlədən həmin təşkilatlara üzvlük haqlarının ödənilməsi üzrə vasitəçisi kimi çıxış edir.

BVF-yə ödənilən üzvlük haqqı xüsusi borcalma hüquqları (XBH) ilə ifadə edilir və BVF-nin ilin sonuna müəyyən etdiyi məzənnə ilə manat ekvivalentində yenidən hesablanır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin BVF kvotası ilə bağlı buraxdığı üzvlük kvotası və qiymətli kağızlar Qrupun aktiv və öhdəliklərini təmsil etmədiyi üçün konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabata daxil edilmir və konsolidasiya edilmiş maliyyə hesabatlarında açıqlanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)