MALİYYƏ

Ötən il xaricdəki nümayəndəliklərə ayrılan vəsait açıqlanıb

2024-cü ildə Azərbaycanın dövlət büdcəsindən xaricdəki nümayəndəliklərin saxlanılmasına 199,8 milyon manat xərclənib.

Bu "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində əksini tapıb.

Məlumata görə, bu, 2023-cü ilə nisbətən 5,4 % çoxdur.

Hesabat dövründə xarici ölkələrdə fəaliyyət göstərən 84 diplomatik nümayəndəlik və konsulluğun saxlanılması üçün 196,2 milyon manat, ticarət nümayəndəliklərinin saxlanılması (Azərbaycanın Çin, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Polşadakı Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndələrinin aparatları) üçün 3,6 milyon manat məbləğində vəsait yönəldilib ki, bunlar da illik müqayisədə müvafiq olaraq 5,5 % çox və eynidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)