MALİYYƏ

SOCAR-ın idarəsi qeyri-neft ixracından gəlirini 16 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 140,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

Məlumata görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.

Bildirilir ki, bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 19 milyon ABŞ dolları və ya 15,6 % çoxdur.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)