Bank

AMB banklardan götürdüyü depozitlər üzrə nə qədər faiz ödəyib?

Son illər Azərbaycan Mərkəzi Bankı ölkə banklarından qısamüddətli pul götürür və həmin vəsaitlər üzrə onlara faiz ödəyir. Bura daha çox overnayt depozitləri daxildir. ENA.az xəbər verir ki, 2024-cü ildə bankların AMB-də yerləşdirdiyi qısamüddətli pulların həcmi 2 dəfədən çox azalıb.

Tənzimləyicinin hesabatına görə, ölkə banklarının qısamüddətli depozitləri 2023-cü ildə 2 milyard 681 milyon 989 min manat olduğu halda, 2024-cü ildə 1 milyard 268 milyon 460 min manata düşüb.

Bu depozitlər üzrə AMB-nin ödədiyi vəsaitlər isə “faiz xərcləri” hissəsində öz əksini tapıb.

Beləliklə, rezident bankların depozitləri üzrə faiz xərcləri

2024-cü ildə 58 milyon 501 min manat 

2023-cü ildə 109 milyon 313 min manat olub.   

Hesablama göstərir ki, rezident bankların qısamüddətli depozitləri üzrə faiz haqqı 2023-cü ildə 4,7% ilə, 2024-cü ildə 4,61 faiz ilə ödənilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)