MALİYYƏ

Neftin qiyməti qalxır - 70 DOLLARA YAXINLAŞIR

Dünya birjalarında neftin qiyməti artıb.

"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,15 dollar və ya 0,24% artaraq 61,74 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,13 dollar və ya 0,19% artaraq 69,14 dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department