KİV: Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb

İspaniyanın “Periodista Digital” nəşri Zəngəzur dəhlizi ilə bağlı gizli memorandumu əldə etdiyini və bu sənədin Ermənistanla ABŞ tərəfindən təsdiq edildiyinə dair iddia ilə çıxış edib.
Nəşr Zəngəzur dəhlizini “Tramp körpüsü nəqliyyat dəhlizi” adlandırır.
Yazıda deyilir ki, sənədin məzmunu ilə erməni diasporu tanış olub.
Məlumata görə, burada ikitərəfli regional iqtisadi dəhliz və müdafiə keçidi layihəsindən danışılır: “Bu, 42 kilometrlik nəqliyyat dəhlizi Ermənistanın Syünik regionundan keçir. Dəhliz Azərbaycanı Naxçıvanla əlaqələndirir, hansı ki, Ermənistan və İran sərhədində strateji bir mövqeyə malikdir. Bu dəhlizin yaradılması 2020-ci il müharibəsindən sonra Azərbaycanın əsas tələblərindən biri idi. Ermənistan bu dəhlizin yaradılmasının qarşısını almaq üçün səylər göstərib, çünki bu, Ermənistan ərazisinin böyük hissəsinin itirilməsinə gətirib çıxara bilər. Sənədə görə, Ermənistan Syünik regionu üzərində suverenliyini saxlayır, lakin buna baxmayaraq aydın olur ki, nəqliyyat dəhlizi özəl ABŞ şirkəti tərəfindən idarə olunacaq və bu şirkət lazımi lisenziyanı alıb. Dəhlizin istifadəsindən gələn gəlirin bölüşdürülməsi bu razılaşmada əks etdirilib. Amerikan şirkəti gəlirin 40 faizini, Ermənistan isə 30 faiz pay alacaq. Beləliklə, Ermənistan öz ərazisindən minimum 99 il məhrum edilmiş olacaq”, – yazıda qeyd olunub.