Azərbaycanın icmal büdcəsində 5 milyard manata yaxın profisit yaranıb

Bu ilin I yarısında Azərbaycanın icmal büdcəsinin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat təşkil edib. Nəticədə icmal büdcədə 4 milyard 762,4 milyon manat profisit yaranıb. Bu isə bir il əvvələ nisbətən 22,6 % azdır.
Maliyyə Nazirliyinin məlumatına görə, İcmal büdcənin tərkib hissəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3 milyard 962,9 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 554,6 milyon manat və yaxud 16,3 % çox), xərcləri 3 milyard 743,5 milyon manat (i324,5 milyon manat və yaxud 9,5 % çox) olub.
ƏƏSMN yanında İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 121,4 milyon manat (33,7 milyon manat və yaxud 21,7 % az), xərcləri 84,4 milyon manat (17,4 milyon manat və yaxud 26 % çox) olub.
İcbari tibbi sığorta fondunun büdcəsinin gəlirləri 1 milyard 253,8 milyon manat (82,5 milyon manat və yaxud 7 % çox), xərcləri 1 milyard 15,4 milyon manat (219,9 milyon manat və yaxud 27,6 % çox) olub.
Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 815,9 milyon manat (427 milyon manat və yaxud 4,6 % az), xərcləri 7 milyard 264,8 milyon manat (862,1 milyon manat və yaxud 13,5 % çox) təşkil edib.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 213,2 milyon manat (47,7 milyon manat və yaxud 18,3 % az), xərcləri 203,2 milyon manata (11,7 milyon manat və yaxud 6,1 % çox) çatıb.