MALİYYƏ

Azərbaycanın dövlət borcu nə qədərdir?

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 695,6 milyon manatdır və bu, cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19,7 %-i qədərdir.

Maliyyə Nazirliyinin məlumatına görə, dövlət borcunun 5 milyard 010,7 milyon ABŞ dolları və yaxud 8 milyard 518,2 milyon manatı xarici (ÜDM-in 6,6 %-i qədər), 17 milyard 177,4 milyon manatı isə daxili (ÜDM-in 13,1 %-i qədər) dövlət borcları təşkil edir. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 6,6 % az və 3,7 % çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)