MALİYYƏ

Neft Fondunun pul vəsaitləri 79 % artıb

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 5 milyard 593,625 milyon manat məbləğində pul vəsaitlərinə və onların ekvivalentlərinə malik olub.

Fondun illik hesabatına əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 79 % çoxdur.

İl ərzində pul vəsaitlərinin qurumun aktivlərindəki payı isə 3,3 %-dən 5,45 %-ə yüksəlib.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)