Gündəm

Kəmaləddin Heydərov öz ərizəsi ilə işdən çıxan rəisə yenidən vəzifə verdi

Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsininn 26 nömrəli yanğından mühafizə hissəsinə yeni rəis müavini təyin edilib.

ENA.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, daxili xidmət mayoru Hüseyn Qasımov rəis müavini təyin olunub.

Qeyd edək ki, Hüseyn Qasımov 2 il əvvəl Fövqəladə Hallar Nazirliyinin Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi olub. O, öz ərizəsi ilə işdən ayrılmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)