Azərbaycanda qeydiyyata alınan hepatit xəstələrinin sayı açıqlanıb

Azərbaycanda qeydiyyata alınan hepatit xəstələrinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə ölkənin tibb müəssisələrində həyatında ilk dəfə viruslu hepatitə yoluxan 634 xəstə qeydə alınıb.
"Onlardan da 51-i hepatit B, 142-si hepatit C-dir", - Komitədən bildirilib.
Qeyd edək ki, hər il iyulun 28-də Ümumdünya Hepatitlə Mübarizə Günü qeyd edilir. Hepatit virusları bəşəriyyətin sağlamlığı üçün əsas risk amillərindən biri hesab edilir. ÜST Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikasının və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.