MALİYYƏ

Neft Fondunun aktivləri 66,5 milyard dollara çatıb

Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 66,5 milyard ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 10,8 % çoxdur.

Bu barədə Fondun məlumatına istinadən xəbər verilir.

Məlumata görə, bu ilin yanvar-iyun aylarında ARDNF-in büdcə gəlirləri 8 milyard 833 milyon manat, büdcə xərcləri isə 7 milyard 278,6 milyon manat təşkil edib.

Yarın il ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 5 milyard 743,2 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 4 milyard 974,3 milyon manat, bonus ödənişləri və tranzitdən isə 765,3 milyon manat gəlir əldə edib. Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 4 milyard 427,3 milyon manat, "Şahdəniz" yatağından isə 423,3 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 3 milyard 89,8 milyon manat olub.

Hesabat dövründə ARNDF dövlət büdcəsinə 7 milyard 240,5 milyon manat transfert edib (6 ay ərzində Azərbaycan Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 3 milyard 718,1 milyon ABŞ dolları məbləğində vəsait satıb), “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 4,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 20,1 milyon manat yönəldib, idarəetməyə isə 13,8 milyon manat xərcləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)