Bank

Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi açıqlandı

Milli Ödəniş Sistemləri üzrə tranzaksiya həcmi 361,8 milyard manatı ötüb.

ENA.az Mərkəzi Bankın hesabatına əsasən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 361,8 milyard manatı, sayı isə 79,1 milyonu ötüb.

Qeyd edək ki. cari ilin ilk 6 ayında AZİPS vasitəsilə 1,04 milyon əməliyyat üzrə 335,1 milyard manat, XÖHKS vasitəsilə 77,1 milyon əməliyyat üzrə 25,9 milyard manat, AÖS ilə isə 971,2 min əməliyyat üzrə 757,7 milyon manat həcmində ödəniş həyata keçirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)