MALİYYƏ

Adambaşına ən azı 29 manat ödəniləcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Qanuna 15-10-cu (İcbari tibbi sığorta üzrə sığorta haqları) maddəsi əlavə edilib.

Layihədə qeyd olunub ki, xidmətlər zərfinin baza hissəsi üzrə - təqvim ili üçün adambaşına 29 manat ödənilir.

Xidmətlər zərfinin əlavə hissəsi üzrə: bu qanunun 15-2.3.1(Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər) və 15-2.3.2 (neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslər):

Sığortalı tərəfindən - hesablanmış əməyin ödənişi fondunun 2 faizi,

Sığortaolunan tərəfindən – işçinin əmək haqqının 2 faizi,

Bu qanunun 15-2.3.3 (Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Mülki Məcəlləyə uyğun olaraq mülki-hüquqi müqavilə əsasənda işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) maddəsində qeyd olunan şəxslər üzrə təqvim ili üçün adambaşına 120 manat.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)