Uğur hekayələri

Bir qəzet elanından başlayan uğur hekayəsi...

Mən, Quliyev Ruslan Gəray oğlu, 1973-cü ildə Bakı şəhərində anadan olmuşam, Sumqayıt şəhərindəki 25 saylı orta məktəbdə oxumuşam. 1982-1985-ci illərdə Zəngilanda babamın yanında yaşamışam. Azərbaycan İqtisad Unversitetinin kommersiya fakültəsini bitirmişəm. 

Zən­gi­la­nın fü­sun­kar tə­biə­ti, in­san­la­rın qo­naq­pər­vərli­yi hə­lə uşaq yaş­la­rım­dan mə­ni çox tə­sir­lən­di­rir­di. Ey­ni za­man­da te­le­vi­zi­ya ve­ri­liş­lə­ri­nə ba­xan­da xa­ri­ci öl­kə­lər­də bir tu­rist gö­rən­də ma­ra­ğı­mı cəlb edir­di. Ar­zu edir­dim ki, bir bel çan­tam ol­sun, dün­ya­nı sə­ya­hə­tə çı­xım. Çox qə­ri­bə­dir ki, uşaq vax­tı bir hə­kim ol­maq ar­zum da var­dı. Nis­bə­tən bö­yük yaş­la­rım­da isə dip­lo­mat ol­maq is­tə­yir­dim.

Niy­yə­tin ha­ra, mən­zi­lin ora!
Bu gün Azər­bay­can Sağ­lam­lıq və Ter­mal Tu­riz­mə Dəs­tək As­so­sia­si­ya­sı­nın rəh­bə­ri ol­ma­ğım və bu is­ti­qa­mət­də fəa­liy­yə­tim bü­tün bu ar­zu­la­rı­mın məc­mu­su­dur, de­səm, ya­nıl­ma­ram. İşi­min bir his­sə­si sağ­lam­lıq­la bağ­lı müa­li­cə­yə eh­ti­ya­cı olan in­san­la­rın düz­gün ün­van­la­ra yön­lən­di­ril­mə­si­dir­sə, “tu­rizm də bir xalq dip­lo­ma­ti­ya­sı­dır” de­yi­mi ilə di­gər his­sə­si in­san­la­rın doğ­ru mə­lu­mat­lan­dı­rıl­ma­sı, öl­kə­nin möv­cud tu­rizm po­ten­sia­lı­nın müx­tə­lif audi­to­ri­ya­lar­da təb­li­ği­ni hə­ya­ta ke­çir­mək­dir.

Ta­le elə gə­tir­di ki, uni­ver­si­te­ti bi­tir­dik­dən son­ra Tür­ki­yə Cüm­hu­riy­yə­tin­dən bir tək­lif al­dım. 1995-97-ci il­lər­də ora­da tu­riz­min müx­tə­lif sa­hə­lə­rin­də ça­lış­dım, meh­man­xa­na xid­mət­çi­sin­dən baş­la­dı­ğım iş tu­ro­pe­ra­tor fəa­liy­yə­ti ilə da­vam et­di. Bü­tün bu müd­dət­də ağ­lım­da sa­də­cə bir fi­kir do­la­şır­dı: Və­tə­nim Azər­bay­can bu qə­dər ge­niş, zən­gin tu­rizm po­ten­sia­lı ol­du­ğu hal­da, ni­yə bu sa­hə­nin in­ki­şa­fın­da ge­ri qa­lı­r? Am­ma içim­də be­lə bir inam da var­dı ki, Azər­bay­can nə vaxt­sa po­pul­yar bir tu­rizm səl­tə­nə­ti­nə çev­ri­lə­cək. Mən özü­mü məhz bu sa­hə­də gö­rür­düm. Elə bu hə­vəs­lə də öl­kə­mə qa­yıt­dım. Bir ne­çə il ailə biz­ne­si­miz­lə məş­ğul ol­dum. Am­ma ata­lar de­yir, “niy­yə­tin ha­ra, mən­zi­lin ora”.

Mü­tə­xəs­sis ki­mi baş­la­dım,  Baş di­rek­tor ol­dum 
Gün­lə­rin bir gü­nü qə­zet­də be­lə bir elan oxu­dum: “Tu­rizm sa­hə­sin­də mü­tə­xəs­sis tə­ləb olu­nur”. Dü­şün­mə­dən hə­min mü­əs­si­sə­yə gəl­dim. Sə­nəd­lə­ri­mə ba­xıb mə­ni işə gö­tür­dü­lər. Hə­min gün­dən tu­rizm sa­hə­sin­də fəa­liy­yə­tim baş­la­dı. Bu­ra­da çox cü­zi əmək­haq­qı ilə 6 ay sı­naq müd­də­tin­də ça­lış­dım. Bu za­man ər­zin­də Azər­bay­ca­nın ək­sər ra­yon­la­rı­nı gəz­dim, bu­ra­da­kı meh­man­xa­na­lar, ic­ti­mai-iaşə mü­əs­si­sə­lə­ri, ta­ri­xi-mə­də­ni abi­də­lər ba­rə­də mə­lu­mat­la­rı top­la­yıb hə­min şir­kət üçün ilk tu­rizm por­ta­lı­nın mə­lu­mat ba­za­sı­nı ha­zır­la­dım. Bu çox uğur­lu bir la­yi­hə ol­du və 2005-ci il­də Za­qaf­qa­zi­ya­da ilk tu­rizm por­ta­lı ya­ran­mış ol­du. Bir müd­dət son­ra bu şir­kə­tin rek­lam me­ne­ce­ri, da­ha son­ra isə baş di­rek­to­ru ol­dum.

Tə­bii ki, kom­mer­si­ya fəa­liy­yə­ti çox va­cib­dir, pul qa­zan­maq, ailə­nin eh­ti­yac­la­rı­nı qar­şı­la­maq la­zım­dır. Am­ma mən ru­hən ic­ti­ma­iy­yət­çi­yəm. Ümu­miy­yət­lə, ic­ti­mai iş­lə­rə ma­raq bir in­sa­nın qəl­bin­də ya var, ya da yox­dur. Heç ki­mi bu işə məc­bur edə bil­məz­sən. Bu is­tək­lə mən Azər­bay­can­da tu­riz­min in­ki­şa­fı ilə əla­qə­li cə­miy­yət­lə­rin, ins­ti­tut və tə­si­sat­la­rın fəa­liy­yə­ti, bu is­ti­qa­mət­də han­sı prob­lem­lə­rin ol­ma­sı ilə bağ­lı araş­dır­ma apar­ma­ğa baş­la­dım. İlk ola­raq So­vet döv­rün­də və on­dan son­ra­kı il­lər­də tu­rizm fəa­liy­yə­ti ilə məş­ğul olan və bu sa­hə­də ki­fa­yət qə­dər təc­rü­bə­si olan in­san­lar­la şəx­sən ta­nış ol­dum. Fa­yis Məm­mə­dov, Si­ya­vuş Ye­qan­lı, Sa­hib Hə­sə­nov, Ok­tay Rza­yev, Mü­zəf­fər Ağa­kə­ri­mov və di­gər təc­rü­bə­li tu­rizm­çi­lə­ri diq­qət­lə din­lə­yir­dim, marş­rut­la­ra ba­xır­dım, özüm də bə­zi mə­qam­lar­da imp­ro­vi­zə­lər edir­dim. Gün­lə­rin bir gü­nü ça­lış­dı­ğım təş­ki­lat­da mə­ni baş di­rek­tor tə­yin et­di­lər. Heç vaxt dü­şün­mə­mi­şəm ki, mən rəh­bə­rəm, bu işi gö­rə bil­mə­rəm. Bə­zən tu­rizm­lə bağ­lı rek­lam çarx­la­rın­da be­lə özüm çə­ki­lir­dim. Pro­se­sin için­də idim və mən­də bu işə bö­yük bir hə­vəs var idi, an­caq fi­kir­lə­şir­dim ki, tə­ləs­mə­mə­li­yəm. Rəh­bər­lik et­di­yim qu­ru­mun kənd tə­sər­rü­fa­tı, nəq­liy­yat­la bağ­lı la­yi­hə­lə­ri olur­du, bu la­yi­hə­lər­də də, biz­nes plan­la­rın ya­zıl­ma­sın­da da iş­ti­rak edir­dim.

Mə­ni dü­şün­dü­rən əsas mə­qam­lar­dan bi­ri də müx­tə­lif coğ­ra­fi­ya­lar­dan bu­ra in­san­la­rın cəlb olun­ma­sı üçün bey­nəl­xalq fəa­liy­yə­tin hə­ya­ta ke­çi­ril­mə­si idi. Bu is­ti­qa­mət­də iş­lə­ri elə yö­nəlt­mə­li idim ki, Azər­bay­can­da fəa­liy­yət gös­tə­rən ic­ti­mai qu­rum­lar­la əla­qə­li şə­kil­də bir ko­man­da ola­raq bey­nəl­xalq müs­tə­vi­yə çıx­maq im­ka­nı­mız ol­sun.

Tu­rizm­də bey­nəl­xalq əla­qə­lər çox va­cib­dir
Gün­lə­rin bir gü­nü bax­dım ki, in­san­lar mə­nə la­yi­hə, biz­nes tək­li­fi ilə zəng edir­lər ki, siz bu­nu da­ha yax­şı gö­rə bi­lər­si­niz, biz si­zə eti­bar edi­rik. Hə­mi­şə fi­kir­lə­şir­dim ki, bəl­li bir vax­ta qə­dər mən özü­mü ta­nıt­ma­lı­yam, on­dan son­ra pul qa­zan­ma­ğı dü­şün­mək olar. Əgər əv­vəl­cə ça­lış­dı­ğım şir­kə­tin imi­ci mə­nim mar­kam üçün iş­lə­yir­di­sə, mən “Mil­le­ni­um”u ya­ra­dan­da mə­nim imi­cim “Mil­le­ni­um”un ta­nı­dıl­ma­sı­na iş­lə­yir­di. Za­man gəl­di “Mil­le­ni­um” da bir tu­rizm aka­de­mi­ya­sı sə­viy­yə­si­nə çat­dı, in­di­yə qə­dər ora­da biz min nə­fər­dən ar­tıq kad­rın ha­zır­lan­ma­sı­nı hə­ya­ta ke­çir­mi­şik. Bun­dan son­ra­kı mər­hə­lə­də, de­di­yim ki­mi, bey­nəl­xalq əla­qə­lə­rin qu­rul­ma­sı da­ya­nır­dı. Tür­ki­yə Aş­çı­lar Fe­de­ra­si­ya­sı­nın baş­qa­nı Ya­sin Ma­naf­la ta­nış ol­dum, o, il­lər­lə tu­rizm na­zi­ri­nin müa­vi­ni olub. Və söh­bət­lə­ri­mi­zin bi­rin­də be­lə bir ide­ya ya­ran­dı ki, Azər­bay­can­da Hül­ya As­lan­ta­şın dəs­tə­yi ilə “Skal İn­ter­na­tio­nal” tu­rizm pe­şə­kar­la­rı təş­ki­la­tı­nın Ba­kı klu­bu­nu ya­ra­daq. 2009-cu il­də “Skal Ba­kı”nı ya­rat­dıq və mən bu qu­ru­mun ilk pre­zi­den­ti ol­dum. Azər­bay­ca­nın tu­rizm po­ten­sia­lı­nın ta­nı­dıl­ma­sı is­ti­qa­mə­tin­də çox iş­lər gör­dük. 4 il son­ra ni­zam­na­mə­yə uy­ğun ola­raq o pos­tu Tu­rizm Uni­ver­si­te­ti­nin rek­to­ru Cə­fər Cə­fə­ro­va təh­vil ver­dim.

2013-cü il­də Sağ­lam­lıq və Ter­mal Tu­riz­mə Dəs­tək As­so­sia­si­ya­sı­nı tə­sis et­dim. Tu­rizm fəa­liy­yə­ti­nə baş­la­dı­ğım ilk il­lər­də hə­mi­şə dü­şü­nür­düm ki, Azər­bay­can­da möv­sü­mi xa­rak­ter da­şı­ma­yan tu­rizm fəa­liy­yət­lə­ri təş­viq olun­ma­lı­dır. Bu is­ti­qa­mət­də möv­cud im­kan­la­rı araş­dır­dım, Naf­ta­lan­da, Qa­la­al­tın­da, Ma­sal­lı­da, Düz­dağ­da və di­gər mə­kan­lar­da yer­lə­şən sa­na­to­ri­ya-ku­rort mü­əs­si­sə­lə­ri­nin işi ilə ta­nış ol­dum. Bu­ra­da çox bö­yük bir po­ten­si­al var idi, qa­lır­dı onun təş­vi­qi.

Bu­nun üçün müx­tə­lif nü­fuz­lu bey­nəl­xalq sağ­lam­lıq tu­riz­mi qu­rum­la­rı ilə əla­qə­lər ya­rat­dıq. Azər­bay­can Sağ­lam­lıq və Ter­mal Tu­riz­mə Dəs­tək As­so­sia­si­ya­sı 2014-cü il­də Dün­ya Sağ­lam­lıq Tu­rizm Şu­ra­sı­nın (QSTİ) İda­rə He­yə­ti­nin üz­vü ol­du. 2018-ci ilin ap­re­lin­də QSTŞ-nin Tür­ki­yə­də ke­çi­ri­lən növ­bə­ti zir­və top­lan­tı­sın­da bu bey­nəl­xalq qu­ru­mun pre­zi­den­ti se­çil­dim.

2019-cu il­də Ba­kı­da 3-cü Qlo­bal Sağ­lam­lıq Tu­rizm Fo­ru­mu və Qlo­bal Sağ­lam­lıq Tu­rizm Şu­ra­sı­nın (QSTŞ) 5-ci As­samb­le­ya­sı ke­çi­ril­di. Azər­bay­can 2018-2020-ci il­lər­də Dün­ya Sağ­lam­lıq Tu­rizm Şu­ra­sı­na sədr­lik et­di. Bu müd­dət­də öl­kə­də ke­çi­ri­lən təd­bir­lər, la­yi­hə­lər Azər­bay­ca­nın sağ­lam­lıq tu­riz­mi im­kan­la­rı­nın dün­ya­ya ta­nıt­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də önəm­li rol oy­na­dı.

Da­ha son­ra Bey­nəl­xalq Eko­tu­rizm As­so­sia­si­ya­sın­dan qu­ru­mun Azər­bay­can nü­ma­yən­də­li­yi­nin açıl­ma­sı ilə bağ­lı tək­lif al­dım. Tə­bii ki, bu für­sə­ti də də­yər­lən­dir­dim.

Ötən il Sum­qa­yıt­da “Tu­ran” Qast­ro­tu­rizm Aka­de­mi­ya­sı­nı ya­rat­dıq. Bu­ra­da 11 ix­ti­sas üz­rə xid­mət sek­to­ru üçün mü­tə­xəs­sis ha­zır­la­nır.

Bir ne­çə il əv­vəl Azər­bay­can Sa­hib­kar­lar Kon­fe­de­ra­si­ya­sın­da Tu­rizm ko­mis­si­ya­sı­nın səd­ri se­çil­dim, ha­zır­da təş­ki­la­tın rə­ya­sət he­yə­ti­nin üz­vü­yəm.

Döv­lə­tin işi­mə ver­di­yi də­yər...
Mə­nə ən bö­yük sti­mul tu­rizm sa­hə­sin­də­ki fəa­liy­yə­ti­mə ve­ri­lən də­yər ol­du. 2022-ci il­də cə­nab Pre­zi­dent mə­ni “Tə­rəq­qi” me­da­lı ilə təl­tif et­di. Bu il­lər ər­zin­də el­mi-pe­da­qo­ji fəa­liy­yə­tə də fa­si­lə ver­mə­dim. 2006-cı il­dən Azər­bay­can Tu­rizm İns­ti­tu­tun­da (ha­zır­da Tu­rizm və Me­nec­ment Uni­ver­si­te­ti) dərs de­yi­rəm. 

2020-ci ilin Və­tən mü­ha­ri­bə­sin­də əl­də et­di­yi­miz qə­lə­bə bü­tün öl­kə və­tən­daş­la­rı ki­mi, tu­rizm sek­to­ru təm­sil­çi­lə­ri­ni də qü­rur­lan­dır­dı. 44 gün­də hər kəs Ali Baş Ko­man­da­nın və Mü­zəf­fər Azər­bay­can Or­du­su­nun ət­ra­fın­da bir yum­ruq ki­mi bir­ləş­di. Möh­tə­şəm Qə­lə­bə­miz Şu­şa, Xan­kən­di, sa­ğal­maz ya­ra­mız Xo­ca­lı da da­xil ol­maq­la, 2023-cü ilin okt­yab­rın­da bü­tün Qa­ra­bağ tor­paq­la­rı­nın mən­fur düş­mən­dən tə­miz­lən­mə­si ilə ye­kun­laş­dı. İn­di biz xa­ri­ci öl­kə­lər­də ke­çi­ri­lən təd­bir­lər­də iş­ğal­dan azad edi­lən ra­yon­la­rı­mı­zın təq­di­ma­tı­nı qü­rur his­si ilə hə­ya­ta ke­çi­ri­rik. Ən bö­yük ar­zu­muz Qa­ra­bağ və Şər­qi Zən­gə­zur­da çox­şa­xə­li tu­rizm inf­rast­ruk­tu­ru­nun ya­ra­dıl­ma­sı, bu­ra­ya tu­rist­lə­rin cəl­bi­nə na­il ol­maq­dır. Ha­zır­da Şu­şa­ya, Xan­kən­di­nə, La­çı­na, Zən­gi­la­na öl­kə və­tan­daş­la­rı üçün tur­lar hə­ya­ta ke­çi­ri­lir. Gə­lə­cək­də bu tur­la­rın da­ha ge­niş əra­zi­lə­rə ya­yı­la­ca­ğı­na, iş­ti­rak­çı ba­xı­mın­dan da­ha zən­gin ola­ca­ğı­na əmi­nəm. 

Dö­nüb ar­xa­ya bax­dıq­da...
Bu gün dö­nüb ar­xa­ya bax­dıq­da, bir qü­rur his­si ke­çi­ri­rəm, am­ma bə­zi mə­qam­lar üçün də tə­əs­süf­lə­ni­rəm. Səhv­lə­rim olub­­mu­­? Tə­bii ki! Am­ma təc­rü­bə bi­zim səhv­lə­ri­mi­zin məc­mu­su­dur. O səhv­lə­ri et­mə­sək, in­ki­şaf edə bil­mə­rik. Ar­xa­da qoy­du­ğu­muz döv­rün hər ili­nin öz şərt­lə­ri var­dı.

İrə­li­də iş­lə­ri­miz çox­dur
Bi­zim hə­də­fi­miz Azər­bay­ca­nın ta­nı­dıl­ma­sı is­ti­qa­mə­tin­də ye­ni stan­dart­lar, in­no­va­tiv ya­naş­ma­lar hə­ya­ta ke­çir­mək­dir. Bu­nun da ba­za­sın­da gənc­lə­rə yö­nə­lik fəa­liy­yə­ti­mi­zi ar­tır­ma­lı­yıq, təc­rü­bə­mi­zi pay­laş­ma­lı­yıq. He­sab edi­rəm ki, bi­zim da­vam­çı­la­rı­mız bi­zim baş­la­dı­ğı­mız iş­lə­ri bəl­li bir nöq­tə­yə gə­ti­rə bil­mə­li­dir­lər.  
Oxu­cu­la­ra bir tu­rizm­çi ola­raq töv­si­yəm on­dan iba­rət­dir ki, ha­ra­da, han­sı şə­ra­it­də ol­ma­la­rın­dan ası­lı ol­ma­ya­raq, təm­sil et­dik­lə­ri öl­kə­nin mil­li də­yər­lə­ri­ni, mə­də­niy­yə­ti­ni qo­ru­sun­lar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)