Sənaye

Azərbaycanın Türkiyədə ən iri yatırımı olan Petkim böyük zərər açıqladı

Azərbaycanın Türkiyədə ən böyük yatırımı olan Petkim birinci rübdə 2,6 milyard TL xalis zərər açıqlayıb. Xalis mənfəət marjası illik bazda 19,8 bənd azalaraq 14,6 faizə düşüb.

Əvvəlki ilə nisbətən xalis mənfəət və əməliyyat mənfəətinin kəskin azalması, xüsusilə aromatiklər tərəfində zəif tələb, aşağı tutumdan istifadə nisbəti (66 faiz), STAR Neft Emalı Zavodunun fəaliyyətinin də zərərlə olması, daha aşağı monetar mövqeyi və yüksək vergi dərəcəsi səbəbiylə davam edən marjanın pisləşməsi ilə əlaqədardır.

Satış gəlirləri illik bazda 23 faiz azalıb. Satış gəlirləri ilin ilk rübündə 17,7 milyard TL-yə enib. Əvvəlki rüblə müqayisədə satış gəlirləri 13 faiz kiçilib.

Birinci rübdə ümumi zərər 990 milyon TL ikən, ümumi mənfəət marjası mənfi 5,6 faiz təşkil edib.

Petkim-in xalis borcu birinci rübdə 47 milyard TL (1,24 milyard dollar) ikən, 2024-cü ilin dördüncü rübünün sonunda 35,7 milyard TL (1,01 milyard dollar) oldu.

Zəif əməliyyat mənfəəti, artan dövriyyə kapitalına ehtiyac və 971 milyon investisiya xərcləri bu dövrdə borcun artmasına səbəb olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)