MALİYYƏ

Azərbaycanda aktiv depo hesablarının sayı açıqlanıb

Milli Depozit Mərkəzində (MDM) mövcud olan depo hesabların sayı 160 mindən çoxdur. Bunun ancaq 105 mini aktivdir. 

ENA.az xəbər verir ki, bu barədə  MDM-in Strategiyalar şöbəsinin rəhbəri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, 2024-cü ildə həmin fərdi depo heabların sayında 30 mindən  çox artım olub. Ə.Əliyev bildirib ki, buna səbəb ötən il kapital bazarında reallaşan ABB-nin kütləvi təklifi(İPO) olub. 

Ə. Əliyevin sözlərinə görə, MDM-də yeni bank modulunun tətbiqi də hədəfənib. 
Bununla bazar iştirakçıları arasında çevikliyinin təmin olunması planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)