MALİYYƏ

Növbəti illərdə kapital bazarında blokçeyn texnologiyası tətbiq edə bilər

Milli Depozit Mərkəzi (MDM) növbəti illərdə kapital bazarında blokçeyn texnologiyası tətbiq edə bilər.

Bunu MDM-in Strategiya şöbəsinin rəhbəri Əli Əliyev deyib.

Onun sözlərinə görə, qurumun hazırkı strategiyasında blokçeyn texnologiyalarının tətbiqi nəzərdə tutulmayıb: “Lakin gələcəkdə hazırkı strategiyanın icrasından sonra bu texnologiyanı nəzərə ala bilər”.

O qeyd edib ki, blokçeynin texnologiya tərəfindən başqa qanunvericilik və pulların yuyulması məsələsi də var: “Odur ki, bu, həssas mövzudur. İlkin olaraq blokçeynin qanunvericilik bazası formalaşdırılmalıdır. Məsələn, hazırda Türkiyə və Rusiyada blokçeyn “exchange”ləri yaranıb və bu da investorlarda vəsait itkisinə səbəb olub. Bu səbəbdən də blokçeyn texnologiyasının tətbiqində növbəti illərdə “step-by-step” tətbiqinin daha məqsədə uyğun olduğunu düşünürəm”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)