Bank

ABB səhmləri 13 faiz ucuzlaşdı

Azərbaycan Beynəlxalq Bankının səhmləri 31 qəpikdən 27 qəpiyə düşüb. ENA.az verir ki, mayın 2-dən 5-nədək 31 qəpik olan səhm dünən 12,9 faiz ucuzlaşaraq belə kəskin eniş göstərib.

Qeyd edək ki, bankın kapitalizasiyası 1 milyard 281 milyon 271,393 min manatdır. Səhmin nominal dəyəri isə 27 qəpikdir.

Bəzi ekspertlərin fikrincə, ABB İnvest səhm bazarına süni müdaxilələr etməklə, bir müddət qiymətlərin yüksək həddə qalmasına yol açdı. Xatırladaq ki, ilin əvvəlində səhmlər nominalından daha ucuz  - 26 qəpiyə satılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)