MALİYYƏ

Gömrük rüsumları üzrə daxilolmalar 1 %-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 430,527 milyon manat təşkil edib.

ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır.

O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 1,2 % azalaraq 399,35 milyon manat, əlavə dəyər vergisi üzrə daxilolmalar 4,3 % azalaraq 964,479 milyon manat, aksizlər üzrə daxilolmalar 14 % artaraq 55,447 milyon manat, yol vergisi üzrə daxilolmalar isə azalaraq 18,9 % artaraq 11,254 milyon manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)