Uğur hekayələri

Biznesdə 27 İl: Səkinə Babayevanın uğur hekayəsi

Mən, Səkinə Babayeva 15 oktyabr 1964-cü ildə Zəngilan rayonunda anadan olmuşam. Biznesdə olan xanım sahibkaram. Maliyyəçiyəm, hesab edirəm ki, iqtisadiyyatın dili mühasibat və statistikadır, bunlar varsa, uğur daha əlçatandır. İlk fəaliyyətimə tikinti sektorundan başlamışam, sonra biznesimi tekstil sənayesinə keçirmişəm və bugün də bu sektorda çalışıram.  “Bakı Tekstil Fabriki” MMC-nin sahibiyəm və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədriyəm. 

Özü­müz öy­rə­dib, özü­müz də iş­lə tə­min et­dik

İşə baş­la­yan­da cə­mi 25 iş­çim olub, in­di isə 700 nə­fə­rə­dək bir kol­lek­ti­və baş­çı­lıq edi­rəm. Tex­ni­ki pe­şə mək­təb­lə­ri­nin da­ğıl­dı­ğı bir za­man­da biz iş­çi­ni özü­müz öy­rə­dib, özü­müz də iş­lə tə­min et­mi­şik. Yüz­lər­lə xa­nı­mın iq­ti­sa­di cə­hət­dən öz ayaq­la­rı­nın üs­tün­də dur­ma­sın­da əmə­yi­miz olub və bu, özü bir xoş­bəxt­lik­dir. Dü­şü­nü­rəm ki, teks­til sek­to­ru­nun in­ki­şa­fın­da öl­kə­mi­zə töh­fə ve­rə bil­mi­şəm. Xü­su­sən də bi­rin­ci Qa­ra­bağ mü­ha­ri­bə­si il­lə­rin­də ev-eşik­lə­rin­dən di­dər­gin dü­şən, doğ­ma­la­rı­nı iti­rən, şə­hid ve­rən, bö­yük mə­nə­vi trav­ma­lar al­mış xa­nım­la­rı iş­lə tə­min et­mək, dərd­lə­ri­ni az da ol­sa xə­fif­lət­mək, on­la­rı ye­ni­dən cə­miy­yə­tə qa­zan­dır­maq, əsas hə­dəf­lə­rim­dən bi­ri idi.      

Mü­əs­si­sə­ni özəl­ləş­dir­mək la­zım idi
Həm də ke­çid döv­rü­nə düş­müş­dük, öl­kə­miz iq­ti­sa­di cə­hət­dən zə­if idi. Ulu Ön­dər Hey­dər Əli­ye­vin ağıl­lı iq­ti­sa­di si­ya­sə­ti, sa­hib­kar­lı­ğın in­ki­şa­fı üçün ya­rat­dı­ğı de­mok­ra­tik abu-ha­va ağır mü­ha­ri­bə döv­rü­nü ya­şa­mış, min­lər­lə şə­hi­di olan, tor­paq­la­rı­nın 20 fai­zi­ni itir­miş bir öl­kə­nin iş adam­la­rı üçün ye­ni nə­fəs de­mək idi. Hə­min vaxt gənc idim, 27 ya­şın­day­dım. Əlim­də So­vet döv­rün­dən qal­ma bir mü­əs­si­sə­nin mö­hü­rü var­dı və onun­la nə edə­cə­yi­mi bil­mir­dim. Söh­bət “Xalq üçün Mal­lar Kon­ser­ni”ndən ge­dir, ora­da ma­liy­yə di­rek­to­ru idim. Bu mü­əs­si­sə­lər uzun müd­dət da­yan­mış, iş­çi­lər bu­ra­xıl­mış­dı, bir müa­vin və bir də Ma­liy­yə di­rek­to­ru ola­raq mən qal­mış­dım. Çox­lu tex­ni­ka, ava­dan­lıq, yük­da­şı­yan ma­şın­lar və mü­əs­si­sə­nin mö­hü­rü: nə­sə oğur­la­nar, nə­sə itər və mən mə­su­liy­yət al­tın­da qa­la­ram, qor­xu­suy­la gö­zü­mə yu­xu be­lə get­mir­di. Xa­tır­la­yı­ram ki, yük­da­şı­yan ma­şın­la­rın iki­si oğur­lan­mış­dı, bi­ri­ni tap­dıq, di­gə­ri isə yan­dı­rıl­mış­dı. Hə­min dövr­lər mə­nim hə­ya­tı­mın ən sək­sə­kə­li il­lə­ri ol­du. Yə­ni, söh­bət döv­lət ma­lı­nı qo­ru­maq­dan ge­dir­di və bu, bö­yük mə­su­liy­yət ya­ra­dır­dı. Unut­ma­ram ki, bi­zim ət­ra­fı­mız­da­kı mü­əs­si­sə­lər bir dövr­dən son­ra me­tal­lo­ma çev­ri­lir­di, am­ma mən tə­bii ki, ata­mın və ailə­min kö­mə­yi ilə hər şe­yi qo­ru­yub sax­la­ya bil­dim. Mə­nim üçün çox va­cib idi ki, bu mü­əs­si­sə­ni özəl­ləş­di­rim və bi­na­nı, ava­dan­lıq­la­rı qo­ru­maq üçün şəx­si əm­la­kı­ma ke­çi­rim. 

Səhm­lə­rin 51 fai­zi­ni al­dım
Atam mə­nə çox cid­di xə­dər­dar­lıq edir­di. Özü də döv­lət qul­luq­çu­su ol­muş­du de­yə, hər də­fə mə­nə 88 prim 1 mad­də­si­ni – döv­lət əm­la­kı­nın qo­run­ma­sı­na eti­nat­sız mü­na­si­bə­tə gö­rə mə­su­liy­yə­ti – xa­tır­la­dır­dı. De­yir­dim ki, ca­va­nam çı­xım ge­dim, kim­dir mə­ni ax­ta­ran, im­kan ver­mir­di. 

Nə­ha­yət, 1997-ci il­də mən özəl­ləş­mə­ni həll et­dim və ailə­min də dəs­tə­yi ilə səhm­lə­rin alın­ma­sı­nı hə­ya­ta ke­çir­dim. İn­di­ki ki­mi ya­dım­da­dır, mü­əs­si­sə­nin səhm­lə­ri­nin 51 fai­zi­ni al­dım. O vaxt bu­nun üçün 473 min ma­nat ödə­dim və hə­min pul in­di 4 mil­yon ma­nat, yə­ni bö­yük bir pla­za­nın pu­lu de­mək­dir.

Elə o gün­dən çi­yin­lə­ri­mə bö­yük bir yük gö­tür­düm 
So­ruş­sa­nız ki, mən in­di o za­man­kı ki­mi çə­tin­lik­lə­rin öh­də­sin­dən gə­lə bi­­lə­­rəm­­mi­­? Eti­raf edim ki, bil­mi­rəm! Hə­qi­qə­tən də gənc­lik bir baş­qa­dır. Gənc­lər ris­kə ge­dən, cə­sa­rət­li olur­lar və mən də bu cə­sa­rət­lə biz­ne­sə gəl­dim. Tə­səv­vür edin, öl­kə­də qo­ru­yu­cu, tə­miz­lə­yi­ci va­si­tə­lər yox idi. Heç vaxt unut­ma­ram ki, mü­əs­si­sə­nin dö­şə­mə­sin­də 18 san­ti­metr qa­lın­lı­ğın­da çirk var­dı. Biz “şpa­tel­lə”, aya­ğı­mı­za ge­yin­di­yi­miz co­ra­bı qo­ru­ma va­si­tə­si ki­mi ba­şı­mı­za ke­çi­rə­rək ye­ri tə­miz­lə­dik, neft­lə yu­duq və de­zin­fek­si­ya et­dik. 10 il ər­zin­də fəa­liy­yə­ti da­yan­mış bir mü­əs­si­sə­nin min kvad­rat met­ri­ni tə­miz­lə­mək üçün düz 15 gün yo­rul­ma­dan ça­lış­dıq. İlk ola­raq co­rab se­xi­ni işə sal­dıq.  

    

Şan­sı­mı yax­şı də­yər­lən­dir­dim
Fi­kir­ləş­dim ki, il­kin ola­raq da­xi­li ba­za­rı tə­min et­mək üçün ça­lış­ma­lı­yıq. İki şan­sım ol­du və mən bun­la­rı yax­şı də­yər­lən­dir­dim. Mü­da­fiə Na­zir­li­yin­dən əs­gər­lə­ri­mi­zə iç ge­yim­lə­ri­nin ha­zır­lan­ma­sı üçün si­fa­riş al­dım. İlk mü­qa­vi­lə­miz 27 min ma­nat də­yə­rin­də ol­du. Son­ra Da­xi­li İş­lər Na­zir­li­yi­nin Hos­pi­ta­lı üçün ge­yim­lə­rin is­teh­sa­lı üz­rə mü­qa­vi­lə im­za­la­dıq. İş pro­se­sin­də hə­min hos­pi­ta­la üç də­fə zə­hər­lən­mə di­aq­no­zu ilə yer­ləş­di­ril­mi­şəm, çün­ki ge­yim­lə­rin rən­gi­ni al­maq üçün bir ne­çə kim­yə­vi qa­rı­şıq­dan is­ti­fa­də et­mə­li ol­duq və hər də­fə nü­mu­nə­lər ha­zır­lan­dıq­ca mən tak­si­ko­za uğ­ra­yır­dım. Müt­ləq is­təd­yi­miz rən­gi al­ma­lı­yıq de­yə inad edir­dim. Gü­nü­mü­zün şa­hid­lə­ri var ki, hət­ta 27 min ma­nat­lıq mü­qa­vi­lə üz­rə ver­gi yox­la­ma­sı gə­lən­də mü­əs­si­sə­nin rəh­bə­ri­ni so­ru­şub­lar və mən əlim­də bo­ya, iş­çi ge­yi­min­də on­la­rı qar­şı­la­mı­şam. Ona gö­rə də töv­si­yə edər­dim ki, uğur qa­zan­maq üçün müt­ləq özü­nüz işin için­də olun.  

Əmə­yi­mi­zin ən bö­yük mü­ka­fa­tı
Bu iki şans bi­zə çox uğur gə­tir­di. Əs­gər­lə­ri­miz üçün iç ge­yim­lər, hər­bi ge­yim­lər, rüt­bə­lə­rin ha­zır­lan­ma­sı işi­ni tam şə­kil­də bi­zə hə­va­lə et­di­lər. Hər­bi ge­yim üz­rə la­bo­ra­to­ri­ya­nı qur­duq. Ki­çik ça­vuş­dan tut­muş ge­ne­ra­la qə­dər bü­tün hər­bi rüt­bə­lə­ri ha­zır­la­dıq. 1997-2006-cı il­lər­də keç­di­yi­miz bu şə­rəf­li döv­rü heç vaxt unut­ma­ram. Əs­gər­lə­ri­miz üçün ja­ket­lə­ri­nin is­teh­sa­lı za­ma­nı Ru­si­ya əra­zi­sin­də xam­ma­lın oğur­la­na­raq giz­lə­dil­mə­si za­ma­nı ke­çir­di­yi­miz stress­ləri və çək­di­yi­miz əziy­yət­lə­ri unut­maq da müm­kün de­yil. Ja­ket­lər 700 qram ol­ma­sı­na bax­ma­ya­raq çox is­ti və yum­şaq ol­du və qü­rur his­si ke­çi­ri­rəm ki, in­di də hə­min nü­mu­nə­lər is­ti­fa­də edi­lir. Bu əmə­yi­mi­zin ən bö­yük mü­ka­fa­tı isə o ol­du ki, cə­nab Pre­zi­den­ti­miz, Ali Baş ko­man­dan İl­ham Əli­yev Göy­tə­pə tə­lim mər­kə­zin­də əs­gər­lə­ri­mi­zi ilk də­fə hər­bi sa­lam­la­ma edər­kən bi­zim tik­di­yi­miz hər­bi ge­yim­lə­ri ge­yin­di. Bu, bö­yük fəxr­dir.  

Xa­tır­la­yır­sı­nız­sa, pan­de­mi­ya­nın kəs­kin dövr­lə­rin­də öl­kə­miz­də mas­ka is­teh­sa­lı böl­mə­si­ni aç­dıq. BMT bu fəa­liy­yə­ti­mə gö­rə mə­ni “Şə­rəf və Lə­ya­qət Or­de­ni” ilə təl­tif et­di. Biz 36 gün­də cə­mi 12 gün yu­xu yat­mış­dıq. Am­ma la­yi­hə qı­sa­müd­dət­li ol­du və mə­nə 4 mil­yon ma­nat zə­rə­rə ba­şa gəl­di. He­sab edi­rəm ki, bu la­yi­hə cid­di so­si­al əhə­miy­yət da­şı­yır­dı və ekst­re­mal və­ziy­yət­də bi­zim tib­bi sağ­lam­lı­ğı­mız üçün yax­şı töh­fə ol­du. Öl­kə pre­zi­den­ti­nin de­di­yi ki­mi, “Bir mas­ka bir gül­lə qə­dər va­cib idi”. Mən bu qiy­mə­tə gö­rə cə­nab Pre­zi­den­tə min­nət­da­ram.      

Bir po­zi­tiv və bir də ne­qa­tiv ca­vab  
Məq­sə­di­mə çat­mı­şam­mı?!  dö­nüb ba­xan­da nə fi­kir­lə­şi­rəm, de­yə so­ruş­sa­nız, bir po­zi­tiv və bir də ne­qa­tiv ca­va­bım var. Üm­də hə­dəf­lə­rim­dən bi­ri o idi ki, qa­dın­la­rı­mız iş­siz qal­ma­sın, so­si­al­lıq­la­rı­nı, kom­mu­ni­ka­si­ya­la­rı­nı itir­mə­sin­lər. Bu sa­hə­də ic­ti­mai iş­lə­rə, dün­ya­da gen­der bə­ra­bər­li­yi­nə ver­di­yim mü­əy­yən töh­fə­lər­lə “Məq­sə­di­mə çat­mı­şam”, - de­yə bi­lə­rəm. Özüm­lə bağ­lı şəx­si məq­sə­di­mə çat­mı­şam­mı, sə­mi­mi de­yim ki, yox. Azər­bay­can­da ailə biz­ne­si ənə­nə­si yox­dur və bu biz­ne­si ötür­mək də asan iş de­yil. Çox gö­zəl ailəm və öv­lad­la­rım var. Dü­şü­nü­rəm, kaş ki, öv­lad­la­rım is­teh­sa­lat sa­hə­si­nə gəl­mə­yəy­di­lər. Öz nü­mu­nəm­də ailə­mə ayır­ma­dı­ğım za­man­lar, vaxt­lar üçün özü­mü gü­nah­kar he­sab edi­rəm.

Özü­nü­zü dai­ma təf­tiş edin! 
Gənc iş adam­la­rı­na de­mək is­tər­dim ki, biz­nes ya­rat­maq­dır, ye­ni­lik­dir, am­ma həm də bö­yük bir mə­su­liy­yət­dir. He­sa­bat­la­rı­nı­zı elə tu­tun ki, iq­ti­sa­di tə­nəz­zül gə­lən ki­mi if­la­sa uğ­ra­ma­ya­sı­nız. Özü­nü­zü dai­ma təf­tiş edin, qar­şı­da­kı üç il və ge­ri­də qa­lan üç ili dai­ma təh­lil edin. İş­çi tut­mu­şam, mə­nim işi­mi apa­ra­caq və hər şey gö­zəl ola­caq – bu an­caq möh­tə­kir­lə­rə xas fi­kir­dir. Biz­nes pla­nın­da an­caq biz­nes tur dü­şü­nür­sən­sə, de­mək uçu­ru­mun kə­na­rın­da­san. İda­rə­çi­lik və ma­liy­yə sa­vad­lı­lı­ğı­nı­zı dai­ma in­ki­şaf et­di­rin, kom­mu­ni­ka­si­ya qur­ma­ğı öy­rə­nin. Yüz­də 15 mən­fə­ət­lə iş­lə­mir­si­niz­sə, bu ar­tıq yax­şı ten­den­si­ya de­yil. Və unut­ma­yın ki, biz­nes­də qa­dın və ki­şi an­la­yı­şı yox­dur, Qa­nun qar­şı­sın­da ha­mı bə­ra­bər­dir.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)