SOCAR-ın idarəsi qeyri-neft ixracından gəlirini 19 %-ə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 105,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
Məlumata görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Bildirilir ki, bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 16,5 milyon ABŞ dolları və ya 18,5 % çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.