Bank

Mərkəzi Bank “Payriff”lə bağlı məcbur göstəriş verib

Azərbaycan Respublikası Mərkəzi Bankı elektron pul təşkilatı “Payriff” QSC-yə icrası məcburi olan göstərişi verib.

ENA.az xəbər verir ki, bu barədə AMB məlumat verib.

AMB “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 3.2-ci və 4.2-ci bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, bundan əlavə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq “Payriff” QSC-yə icrası məcburi olan göstəriş verilib.

“Payriff” QSC 2021-ci ildə təsis edilib və 2 452 500 manat nizamnamə kapitalı var. Şirkətin direktoru  Xəyal Məmmədov Elşən oğludur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)