MALİYYƏ

Elman Rüstəmov: "Maliyyə sektorunda çox ciddi islahatlar aparılacaq"

"Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyanın formalaşmasında Azərbaycan Mərkəzi Bankı (AMB) da aktiv iştirak edir".

ENA.az xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu baxımdan maliyyə sektorunun qarşısına olduqca ciddi vəzifələr qoyulub: "Odur ki, maliyyə sektorunda çox ciddi islahatlar aparılacaq, cox ciddi proseslər gedəcək. Bank sektoru, hər bir maliyyə institutu qarşıdakı dövrdə korporotiv inkişafı, korporotiv idarəetmə standartlarının tətbiq ediməsi, insan kapitalının inkişafı, daxili bilik-bacarıqlar, ekspertiza imkanlarını, daxili texnoloji, tədqiqat və proqnozlaşdırma bazalarını ciddi şəkildə artımaq üzərində düşünməlidir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department