Azərbaycanda kartla ödənişlərin həcmi 27 faiz artıb

ANİ ödənişlər sisteminin fəaliyyəti davam edir və texniki cəhətdən inkişafı istiqamətində işlər görülür.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilovun sözlərinə görə, 2024-cü il ərzində Azərbaycan bankları tərəfindən emissiya edilmiş kartlarla aparılan dövriyyə 126 milyard manatdan çox olub. Bu 2023-cü il ilə müqayisədə 27 faiz artım deməkdir.
Əlavə olaraq, 2025-ci ilin aprel ayına aid məlumatlara əsasən, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aylıq həcmi 10 milyard AZN-ə yaxınlaşıb.