Partnyorluğun SWOT təhlili

SWOT təhlili — yalnız şirkətlər üçün deyil.
Bu yanaşma sizi zərərli və ziddiyyətli partnyorluqlardan qoruyur. Güclü tərəfdaşlıq entuziazmdan deyil, soyuq və rasional analizdən başlayır. Siz hər “maraqlı görünən” təklifə razılıq vermək məcburiyyətində deyilsiniz. Əksinə — düşünmək məcburiyyətindəsiniz. Tərəfdaş istedadlı ola bilər, amma sizin üçün sərfəli olmaya bilər. SWOT təhlili bunu tez bir zamanda üzə çıxarır.
“Adam yaxşıdır, illərdir dostuq, dəfələrlə kömək edib… Bəs biz birgə biznes apararkən bu dostluğu qoruya biləcəyikmi?” — Bu cür şübhələr sizə tanışdır?
Əgər partnyorluğa başlamağa dəyər olub-olmadığını anlamaq istəyirsinizsə, SWOT təhlili aparın. Bu alət həm artıq fəaliyyət göstərən, həm də yeni qurulan biznesin daxili vəziyyətini (güclü və zəif cəhətləri), həm də xarici mühitini (imkanlar və risklər) qiymətləndirməyə imkan verir.
SWOT təhlilini necə aparmalı?
Dörd kvadrat üzrə sadə və aydın formada məlumatları qeyd edin və onların əsasında dərin təhlil aparın:
1. SİZİN GÜCLÜ CƏHƏTLƏRİNİZ (yuxarı sol kvadrat)
Əgər tərəfdaşsız davam etməyi düşünürsünüzsə — bütün kompetensiyalarınızı, bacarıqlarınızı, təcrübənizi və resurslarınızı burada sadalayın.
2. SİZİN ZƏİF CƏHƏTLƏRİNİZ (yuxarı sağ kvadrat)
Hansı biliklər sizdə çatışmır? Bəlkə əlaqələr, kapital, müəyyən sahələrdə təcrübə yoxdu? Tərəfdaş olmadan bu boşluqları necə dolduracaqsınız? Zəif nöqtələrinizi qeyd edin.
3. PARTNYORLUQDAKI İMKANLAR (aşağı sol kvadrat)
Əgər tərəfdaşı layihəyə cəlb etsəniz, bu sizə nə verəcək? O sizin layihəni necə gücləndirəcək? Hər iki tərəfin sinerjisi hansı yeni imkanlar yaradacaq?
4. MÜMKÜN TƏHLÜKƏLƏR VƏ RİSKLƏR (aşağı sağ kvadrat)
Tərəfdaşı layihəyə cəlb etməklə nəyə risk edirsiniz? Hansı narahatlıqlar sizi düşündürür? Birgə biznesin hansı potensial nəticələri sizi qorxudur?