Sığorta

İcbari sığortada vahid tənzimləmə qaydaları olacaq. Sığorta şirkətləri müştərilərlə istədiyi kimi davrana bilməyəcəklər

İcbari sığorta sisteminə vahid tənzimləmə qaydaları gətiriləcək. Bununla bağlı İcbari Sığorta Bürosu qaydalar hazırlayır. 
 

İcbari Sığorta Bürosunun (İSB) icraçı direktorunun müavini Seymur Mirzəyevin sözlərinə görə, mövcud qanunvericilik icbari sığortalarla bağlı müəyyən məsələləri tənzimləsə də vətəndaş sığorta şirkətinə getdikdə hər şirkətdə fərqli proseduralarla rastlaşır.  Buna görə də müvafiq qaydalar hazırlanır və vətəndaş sığorta şirkətinə yaxınlaşanda eyni qaydalarla, eyni prosedurlarla hadisələr tənzimlənəcək. 
 

Tutaq ki, avtomobil qəzası baş verib, vətəndaş sığorta şirkətinə müraciət etdikdə yanaşmalar fərqlənir. Eyni hadisə eyni şərtlərlə baş versə belə sığorta hadisəsinin sənədləşməsində, qiymətləndirmənin özündə belə fərqliliklər var. Beynəlxalq təcrübədə bunun üçün müvafiq tənzimləmə qaydaları mövcuddur. 

“Sığorta hadisəsi baş verəndə vətəndaş üçün fərqi olmamalıdır ki, hansı sığorta şirkətini seçib. Məsələn, ən sadəsi sığorta ödənişinin verilməsi üçün 7 iş günü çərçivə qoyulur. Amma bəzən müşahidə olunur ki, fərqliliklər var. Eyni hadisə üzrə vahid qiymətləndirmə və vahid tənzimləmənin əsas mahiyyətindən biri odur ki, burada fərqliliklər azalsın. Baxırsan ki, oxşar hadisələrdir, bir şirkət bir cür edir, başqası başqa cür”, -deyə Seymur Mirzəyev bildirib .

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)