Azərbaycanda dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 23 % artıb

Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 21,9 milyon manat təşkil edib.
ENA.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.
İcarə daxilolmaları proqnozdan 30,3 % çox icra edilib.
Xatırladaq ki, bu il ƏMDX büdcəyə 46 milyon manat vəsait köçürməlidir. Beləliklə, 6 ay ərzində həmin məbləğin 47,6 %-i təmin olunub.