İyulun 6-sı bu yollar bağlanacaq

6 iyul saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Alı Mustafayev küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən və Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb Ziya Bünyadov prospektində aparılacaq təmir işləri ilə əlaqədardır.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.