Samir Şərifov: Azərbaycan azad edilmiş ərazilərə 15 milyard dollar sərmayə yatırıb

Azərbaycan hökuməti bu günə qədər işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinə 15 milyard dollar sərmayə yatırıb.
Bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin inkişaf üçün IV maliyyələşdirmə konfransında (FFD4) çıxışı zamanı bildirib.
“İndiyə qədər Azərbaycan hökuməti “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına artıq 15 milyard dollar xərcləyib. Məqsəd məcburi köçkün olan yarım milyona yaxın azərbaycanlının öz doğma şəhər və kəndlərinə qayıtması üçün əlverişli şərait yaratmaqdır”, – o qeyd edib.