Sosial iqtisadiyyat

AMB-nin departament direktoru maliyyə nazirinə müşavir təyin edildi

Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar Departamentinin müdiri Asif Qasımov işdən ayrılıb. ENA.az xəbər verir ki, Asif Qasımov maliyyə naziri Sahil Babayevin müşaviri vəzifəsinə təyin edilib.  

Qeyd edək ki, əmək fəaliyyətinə 2004-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankında başlamışdır. Müxtəlif illərdə Pul siyasəti, Tədqiqatlar və statistika və Tədqiqatlar departamentlərində iqtisadçı, aparıcı iqtisadçı, böyük iqtisadçı, Tədqiqatlar və inkişaf mərkəzində şöbə rəisi və departament direktoru vəzifələrində çalışmışdır. 2014-cu ildən Tədqiqatlar və inkişaf mərkəzinin Tədqiqatlar  departamentinin direktoru olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)