Sığorta

Könüllü sığorta 45%, icbari sığorta isə 6% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 485 milyon 320 min manat sığorta haqqı toplanılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasın;n hesabatına görə, bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 44,55% çoxdur.

11 ay ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 6% artaraq 178 milyon 571 min manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 162 milyon 418 min manat təşkil edib ki, bu da illik müqayisədə 9,6% azdır. Ötən 11 ayda icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 20,6% artaraq 61,721 milyon manata çatıb.

Beləliklə, 2018-ci ilin yanvar-noyabrında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 33,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2017-ci ilin yanvar-noyabrında 53,5 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,4 manatdan 34,6 manata qalxıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)