Sığorta

Azərbaycanın sığorta bazarı 12% böyüyüb

Azərbaycanın sığorta bazarında 2025-ci ilin yanvar-may aylarında ümumilikdə 719,4 milyon manatlıq sığorta haqqı toplanıb.

ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, əvvəlki ilin eyni dövrünə nəzərən 11,7% çoxdur.
Bunun 417,7 milyon manatı həyat sığortası, 301,7 milyon manatı isə qeyri-həyat sığortasının payına düşür. Könüllü həyat sığortası üzrə yığımlar 370,6 mln. manat, icbari həyat sığortası üzrə isə 47,1 mln. manat təşkil edib. Könüllü qeyri-həyat sığortası üzrə toplanan sığorta haqları 177,6 mln. manat, icbari qeyri-həyat sığortası üzrə 124,1 mln. manat təşkil edib. Bu dövrdə sığorta ödənişlərində 14,8%-lik artım müşahidə edilib. Sığorta ödənişləri 314,8 milyon manata çatıb.

Sığorta ödənişlərinin 205,3 mln. manatı (20,5% artım) həyat sığortasının, 109,5 mln. manatı (5,4% artım) qeyri-həyat sığortasının payına düşüb. İcbari və könüllü sığortalar üzrə bu rəqəm müvafiq olaraq 2,2 mln. və 54,3 mln. manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)