Azərbaycanda sığorta bazarı 8 faizdən çox böyüdü

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 588,466 milyon manat sığorta haqqı toplanılıb.
ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 8,4 faiz çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 10,4 faiz aratarq 231,333 milyon manat təşkil edib.