“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub

“A-Qroup Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Məlumata görə, Natəvan İmamquliyeva İdarə Heyətinin üzvü seçilib. Parelel olaraq Baş maliyyə inzibatçısı vəzifəsində də fəaliyyətini davam etdirəcək.
N.İmamquliyeva uzun illərdi “A-Qroup Sığorta Şirkəti”nin Baş maliyyə inzibatçısı kimi çalışır.
Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 səhm əsasında formalaşıb. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.