Axtar

Azərbaycandan alma və fındıq ixracı azalıb

2020-ci ilin 3 ayı ilə müqayisədə 2021-ci ilin 3 ayında Azərbaycandan fındıq və xurma ixracı artıb.

ENA.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, bu il dəyər ifadəsilə fındıq ixracı 21.4% azalaraq 29 milyon 52 min dollar təşkil edib. Ötən ilin 3 ayında Azərbaycandan 36 milyon 940 min dollarlıq fındıq ixrac edilmişdi. Miqdar ifadəsilə fındıq ixracı isə 4 min 681 tondan 6 min 8 tona çatıb.

Bu il dəyər ifadəsilə alma ixracı 28% azalaraq 5 milyon 611 min dollar təşkil edib. Ötən ilin 3 ayında Azərbaycandan 7 milyon 753 min dollarlıq alma ixrac edilmişdi. Miqdar ifadəsilə alma ixracı 18 min 187 tondan 14 min 131 tona geriləyib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33