Mərkəzi Bank iki sığorta şirkətinə icrası məcburi sərəncam verib

Azərbaycan Mərkəzi Bankı “Paşa Sığorta” ASC və “İpək Yolu Sığorta” ASC-yə icrası məcburi sərəncam verib.
Bu barədə informasiyada qeyd edilir.
AMB tərəfindən “Paşa Sığorta” ASC və “İpək Yolu Sığorta” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, hər iki sığortaçıya icrası məcburi sərəncam verilib.