Aqrar

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ötən ili zərərlə başa vurub

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 2024-cü ili 1 milyon 761 min manat zərərlə başa vurub.

ENA.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin sonuna şirkətin cəmi aktivləri 0,5% azalaraq 18 milyon 915 min manat olub.

“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin kapitalı 2023-cü ilin sonuna olan 3 milyon 990 min manatdan 2024-cü ildə 2 milyon 394 min manata düşüb. Cəmi öhdəlikləri isə artaraq (2023-cü ildə 15 milyon 19 min manat olub) 16 milyon 521 min manata çatıb.

Qeyd edək ki, Əsas fəaliyyət istiqamətini Azərbaycan Gübrə və Kənd Təsərrüfatı məhsulları bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti 2019-cu ildən fəaliyətə başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)