Bank

"Bank Melli İran Baku"nun zərəri 3 milyon azaldı - HESABAT

İranın dövlət bankının Azərbaycandakı nümayəndəliyi olan Bank Melli İran Baku ölkələr arasında əməkdaşlığın inkişafı forunuda inkişaf etməyə başlayıb və göstəricilərini qismən yaxşılaşdırıb. Bu ilin yanvar-iyun ayları üzrə Bankın xalis mənfəəti 3 milyon 225 min manatdır. Bu isə Bankın bölüşdürülməmiş zərərinin bu həcmdə azalaraq 24 milyon manatdan 21 milyon manata düşməsinə səbəb olub. 

Bu ilin yanvar-iyun aylarında bankın aktivləri 4 milyon 662 min manat və ya 3,9 % artaraq 123 milyon 768 min manat olub. Aktivlərin artmasında nağd vəsaitlərin və qiymətli kağızların rolu böyükdür. Digər alətlərdə, xüsusən də kredit portfelində isə azalma baş verib.

Nağd vəsaitlərin həcmi 2 milyon 336 min artaraq 41 milyon 173 min manat olub. Burada həmçinin ümumi həcmi 54 milyon manat olan qiymətli kağızların yanvar-iyun aylarında 23 milyon manat artmasının rolu böyükdür. Kredit portfeli isə 380 min manat kiçilərək 1 milyon 116 min manatdır. Gəlirlərdə 2 milyon 834 min manat daha çox kreditlərdən formalaşan faiz gəlirlərinin payına düşür. 
Öhdəliklər ümumilikdə 1 milyon 500 min manat yaxın artıb. Artım əsasən subordinasiya borclarının 2 milyon manata yaxın artımı ilə bağlıdır. Həmçinin bankın maliyyə institutlarından aldığı vəsaitin həcmi 1 milyon manat artıb. Müştəri hesablarında artım çox cüzidir.  
Nizamnamə kapitalı 73 milyon 611 min manatdır. Bu ilin ilk yarısında bölüşdürülməmiş zərəri 3 milyon manat azalaraq 21 milyon 445 min manat olub. Bankın cəmi kapitalı 52 milyon 165 min manatdır,

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)