Aqrar

Fermerlərə verilən güzəştli kreditlərin məbləği açıqlandı

Bu ilin yanvar-aprel ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 3379 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Aqrar Tədqiqatlar Mərkəzindən verilən məlumata görə hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən 1707 müraciət üzrə 32,3 milyon manat məbləğində güzəştli kredit verilib.

2024-cü ilin ilk dörd ayının göstəricilərinə nisbətdə güzəştli kredit alanların sayı 61 faiz, kredit məbləği isə 56 faiz artıb.

Qeyd edək ki, verilən kreditlərin 28,9 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 784,5 min manatı güzəştli kreditlər, 2,5 milyon manatı isə mikrokreditlərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)