Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 31-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.
ENA.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 13 daşınar və 5 daşınmaz əmlak çıxarılacaq. Bunlar, 11 avadanlıq, 4 torpaq sahəsi, 2 nəqliyyat vasitəsi və 1 əmlak komplesidir.
Əmlakların start qiyməti 1 600 – 280 min manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.
Sifarişlər iyulun 25-nə qədər qəbul olunacaq.