Qarpızlar sahələrdə qalıb – Yerində 5- 10 qəpiyə təklif olunur

Qarpız mövsümü başlasa da, havaların sərin keçməsi bu bostan bitkisinin bazarını öldürüb. Qarpız sahələrdə qalıb. Görüntülər Salyandandır.
Təsərrüfat sahibləri bildirirlər ki, yayın qeyri -normal keçməsi qarpıza olan təlabatı azaldıb. Demək olar ki, qarpız alan yoxdur. Alıcılar da bostanlara çox həvəssiz gəlir, yetişmiş məhsul sahələrdə qalıb.
Fermerlər deyirlər ki, mövsümün əvvəlində bostanlarda su olmadığı n məhsulun çoxu xırda qalıb. Çətinliklə suvarıb becərməni başa vursalar da, indi də hazır məhsulu sata bilmirlər.
Təsərrüfat sahiblərinin sözlərinə görə, qarpız tağlarının əksəriyyəti solduğundan yetişmiş məhsul toplanlmalıdır. Əks halda, bir- neçə gün də belə davam etsə, yetişmiş məhsullar zay olacaq. (Xəzərxəbər.az)