Axtar

Valyuta hərracı keçirildi - NƏTİCƏ

Azərbaycan Mərkəzi Bankında mart ayının ikinci valyuta hərracı keçirilib.

ENA.az xəbər verir ki, 4 mart 2020-ci il tarixində gerçəkləşən valyuta hərracında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən yerli banklara 44.1 mln. dollar ekvivalentində valyuta satılıb.

Bu da öncəki hərracla müqayisədə -25.4% az olması deməkdir.

Bununla da martın ilk iki valyuta hərracında 103.2 milyon dollar valyuta satılıb.

Qeyd edək ki, mart ayı üzrə təqvim günü 31 olsa da, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərinin martın 20-dən 28-nə qədər çəkməsi səbəbindən cəmi yeddi valyuta hərracı keçirilməsi gözlənilir.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33