Axtar

Dövlət Neft Fondundan büdcəyə köçürmələrin həcmi 112 milyard manatı ötdü

2003-cü ildən 2021-ci il yanvarın 1-dək Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin ümumi həcmi 112 milyard 140,3 milyon manat təşkil edib.

“2020-ci ildə isə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 12 milyard 200 milyon manat təşkil edib”, - deyə məlumatda bildirilir.

ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfertlər həyata keçirməyə başlayıb.

ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33