Qeyri-Bank

BVF maliyyə kəsiri ilə bağlı ABŞ-a - XƏBƏRDARLIQ ETDİ

Beynəlxalq Valyuta Fondunun idarəedici direktorunun müavini Gita Qopinat “Financial Times” qəzetinə deyib ki, ABŞ-ın maliyyə kəsiri çox böyükdür və onu cilovlamaq lazımdır.

Qəzetə danışan Gopinath, ABŞ-ın borc yükünün durmadan artdığını və fiskal siyasətin zamanla onu azaltmağı hədəfləməsi lazım olduğunu vurğulayıb.

Gopinath həmçinin xəbərdarlıq edib ki, dünyanın ən böyük iqtisadiyyatı ticarət qeyri-müəyyənliyi ilə mübarizə aparmağa davam edir və bu, son zamanlarda gərginliyin azalmasına baxmayaraq çox yüksək olaraq qalır.

ABŞ-da büdcə kəsiri ilə bağlı narahatlıqlar dollara mənfi təsir göstərir. İnvestorlar narahatdırlar ki, daha böyük maliyyə kəsiri hökumətin daha çox istiqraz satmasına gətirə bilər.

Xəbərdarlıq ABŞ qanunvericilərinin vergilərin azaldılması ilə bağlı müzakirələr aparması və respublikaçıların on il ərzində gəlir itkilərini 4,5 trilyon dollardan aşağı saxlamağa çalışdıqları vaxta təsadüf edir. Keçən həftə Moody's böyük maliyyə kəsirlərinin dalğasını dayandıra bilmədiyi üçün ABŞ-ın kredit reytinqini aşağı saldı.

ABŞ-ın büdcə kəsiri ilə bağlı narahatlıqlar dollara təsir edir. Daha böyük fiskal kəsir o deməkdir ki, hökumət daha çox istiqraz satmalıdır. Yerli və xaricdəki investorlar sözügedən Xəzinə istiqrazlarının həcmindən narahatdırlar.

Bloomberg Economics hesab edir ki, Nümayəndələr Palatasının Respublikaçılarının vergi və xərclər haqqında qanun layihəsi xalis fiskal kəsirə göründüyündən daha az töhfə verib.

ABŞ prezidenti Donald Trampın aprelin 2-də tarifləri elan etməsindən sonra BVF keçən ay ABŞ-ın iqtisadi artım proqnozunu aşağı saldı. O vaxtdan ticarət gərginliyi bir qədər azaldı, ABŞ və Çin tarifləri əhəmiyyətli dərəcədə azaldacaq 90 günlük saziş imzaladılar.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)